Ələt-Astara magistralında avtomobil aşıb, xəsarət alanlar var

Hadisə
  • 05 dekabr, 2018
  • 12:07
Ələt-Astara magistralında avtomobil aşıb, xəsarət alanlar var

Salyan. 5 dekabr. REPORT.AZ/ Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında yeni Ələt-Astara magistral yolunun 36-cı kilometrliyində, rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1975-ci il təvəllüdlü Qurbanov Mais Şahəddin oğlunun idarə etdiyi “Mercedes” markalı 01-BV-604 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən anidən idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Qurbanova Aytən Füzuli qızı və Lənkəran sakini Ağayeva Mahirə Naib qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.