Ələt-Astara magistral yolunda avtomobil piyadanı vurub öldürüb

Ələt-Astara magistral yolunda avtomobil piyadanı vurub öldürüb Hadisə yolun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb
Hadisə
21 Noyabr , 2015 09:57
Ələt-Astara magistral yolunda avtomobil piyadanı vurub öldürüb

Bakı. 21 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. “Report”un xəbərinə görə, hadisə Ələt-Astara magistral yolunun 129-cu kilometrliyində, Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Günəşli kənd sakini, 1976-cı il təvəllüdlü Niyaməddin Nadir oğlu Əliyev yolu keçmək istəyərkən onu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı ətrafdakı adamlar tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi