Ələt-Astara avtomobil yolunda xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
- 03 sentyabr, 2023
- 11:50
Ələt-Astara avtomobil yolunda xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində 1998-ci il təvəllüdlü Etibar Əliyev, 2016-cı il təvəllüdlü Sadiq Əsgərli, 2008-ci il təvəllüdlü Yusif Ağayev və 1983-cü il təvəllüdlü Mətanət Əsgərova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
14:53
Ələt-Astara avtomobil yolunda qəza olub, yaralananlar var.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yolun 105-ci km-də qeydə alınıb.
Belə ki, "Nissan" markalı minik avtomobili maneəyə çırpılıb.
Hadisə yerinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilləri cəlb olunub. Hazırda yaralanan 4 nəfər xəstəxanaya aparılır. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.