Ekspert: "Avtobusa etimad olmadığından sərnişinlər başqa alternativ axtarırlar"

Hadisə
  • 12 yanvar, 2018
  • 07:29
Ekspert: Avtobusa etimad olmadığından sərnişinlər başqa alternativ axtarırlar
Yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov
Report/ Firi Salim

Bakı. 12 yanvar. REPORT.AZ/ "Avtobusa etimad olmadığından sərnişinlər başqa alternativ axtarırlar. Ona görə də bu etimad yüksək səviyyədə bərpa olunmalıdır".

“Report” xəbər verir ki, bunu yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspert bildirib ki, bu, birbaşa daşıyıcıların sürücüləri işə götürməsi məsələsində daha məsuliyyətli olmasını tələb edir: "Sürücüləri təlimlərə tez-tez göndərmək lazımdır. Belə təlimlərdə iştirak edən sürücülər də daşıyıcıları müxtəlif formalarda ziyana salmayacaqlar".

Ekspert qeyd edib ki, bəzi sürücülərin avtobusu idarə edərkən siqaretdən istifadə etməsinin qarşısı hələ də alınmır: "Yaxud da sürücülərin bəziləri hələ də təhlükəsizlik kəmərindən istifadə etmir. Bu kimi halların qarşısını almaq lazımdır".