Əhmədlidə yaşlı kişinin vurulması ilə nəticələnən qəza baş verib

Əhmədlidə yaşlı kişinin vurulması ilə nəticələnən qəza baş verib Piyada yolun zolaq olmayan hissəsində vurulub
Hadisə
3 Oktyabr , 2017 08:37
Əhmədlidə yaşlı kişinin vurulması ilə nəticələnən qəza baş verib
Foto: Report.az

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonu ərazisində ahıl kişini avtomobil vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində qeydə alınıb.

1950-ci il təvəllüdlü Əliyev Arif Yəhya oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya aparıb.

Sürücü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi