Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı şamil olunan 87 nəfərdən 79-u azadlığa çıxır.
“Report”un xəbərinə görə, bu barədə Penitensiar Xidmətin rəis müavini Nizaməddin Cəlilov məlumat verib.
N.Cəfərov bildirib ki, onlardan 66 nəfəri cəzasını cəzaçəkmə müəssisələrində, 10 nəfəri məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkənlərdir. Daha 3 nəfər azadlığa birbaşa istintaq təcridxanasından çıxıb.