DYP sürücünün yol polisinə yalvarmasını əks etdirən görüntülərlə bağlı araşdırmalara başlayıb

DYP sürücünün yol polisinə yalvarmasını əks etdirən görüntülərlə bağlı araşdırmalara başlayıb Araşdırmalardan sonra Elvin Mövlanov barəsində ciddi intizam tənbehi görüləcək
Hadisə
24 Yanvar , 2017 15:45
DYP sürücünün yol polisinə yalvarmasını əks etdirən görüntülərlə bağlı araşdırmalara başlayıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Sosial şəbəkələrdə sürücünün yol polisinə yalvarmasını özündə əks etdirən görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırmalara başlanılıb.

Bu barədə "Report"a BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən və görüntüləri lentə alması ehtimal edilən Elvin Mövlanov Sabirabad rayonu ərazisində xidmət aparır: "Sosial şəbəkələrdə yayılan həmin video ekspertizadan keçiriləcək. Araşdırmalardan sonra Elvin Mövlanov barəsində ciddi intizam tənbehi görüləcək".

Son xəbərlər

Orphus sistemi