DYP reyd keçirib, 20-yə yaxın sürcü cərimələnib - FOTO

DYP reyd keçirib, 20-yə yaxın sürcü cərimələnib - FOTO Astara. 7 dekabr. REPORT.AZ/ Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki yollarda kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reyd keçirib.
Hadisə
7 Dekabr , 2018 11:45
DYP reyd keçirib, 20-yə yaxın sürcü cərimələnib - FOTO

Astara. 7 dekabr. REPORT.AZ/ Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki yollarda kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reyd keçirib.

"Report"un məlumatına görə, reydin keçirilməsində əsas məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, kobud qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq olub. Reyd zamanı 20-yə yaxın sürücü barəsində inzibati tədbirlər görülüb ki, onların arasında sərxoş sürücülər də olub. Bununla yanaşı reyd zamanı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlərə, ötmə və manevr qaydalarını pozan, əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət zolağına çıxan sürücülər də aşkarlanıb və həmin qayda pozuntularına yol verən sürücülər barəsində inzibati protokol tərtib edilib.

Yollarda sürücülərin və sərnişinlərin təhülkəsizliyinin təmini məqsədini daşıyan bu cür reydlər bundan sonra da davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi