Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI DYP paytaxt sakinləri və sürücülərə müraciət edib
Hadisə
28 Fevral , 2023 12:59
Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) paytaxt sakinləri və sürücülərə müraciət edib.

"Report"un xəbərinə görə, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli deyib ki, 1-3 mart 2023-cü il Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların əsas hərəkət marşurutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək: “Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə başa çatması üçün paytaxt sakinlərindən və sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik.

Sürücülər mərkəzə daxil olan nəqliyyat axının fasiləsiz idarə olunması məqsədilə paytaxtın cənub girişindən mərkəzə, Lökbatan dairəsindən kənar dairəvi yolla hərəkətə üstünlük verməlidirlər.

Zərifə Əliyeva, Neftçilər, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Teymur Elçin, Lermontov, Parlament prospektləri, Koroğlu Rəhimov və Yusif Səfərov küçələri istiqamətində yolları yükləməməyi xahiş edirik”.

Son xəbərlər

Orphus sistemi