DYP Goranboyda reyd keçirib, sürücülər cərimələnib 

DYP Goranboyda reyd keçirib, sürücülər cərimələnib  Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub
Hadisə
110
12 Aprel , 2021 19:52
DYP Goranboyda reyd keçirib, sürücülər cərimələnib 
0 : 00
0 : 00

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, reyd zamanı müxtəlif rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Son xəbərlər

Orphus sistemi