DYP əməkdaşları avtomobildə silah aşkarladı

DYP əməkdaşları avtomobildə silah aşkarladı İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları avtomobildə qanunsuz odlu silahın olduğunu müəyyən ediblər.
Hadisə
30 Yanvar , 2021 13:19
DYP əməkdaşları avtomobildə silah aşkarladı

İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları avtomobildə qanunsuz odlu silahın olduğunu müəyyən ediblər.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü, İsmayıllı rayon sakini İsmayıl Hacıyev təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inspektor tərəfindən ona “saxla” əmri verilib.

Yol polisi avtomobilə yaxınlaşdıqda oturacağın üzərində ov tüfənginin olduğunu görüb. Araşdırma zamanı həmin “TOZ-63” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı məlum olub.

İ.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Həmçinin Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində rayonun Qalınçaq kənd sakini Saiq Qəribov “İJ-16” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Son xəbərlər

Orphus sistemi