Bakıda yarışan avtomobillərin törətdiyi zəncirvari qəzanın görüntüləri yayılıb - VİDEO - YENİLƏNİB

Bakıda yarışan avtomobillərin törətdiyi zəncirvari qəzanın görüntüləri yayılıb - VİDEO - YENİLƏNİB Bakının mərkəzində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olub.
Hadisə
30 Aprel , 2024 11:11
Bakıda yarışan avtomobillərin törətdiyi zəncirvari qəzanın görüntüləri yayılıb - VİDEO - YENİLƏNİB

Bakının mərkəzində 9 maşının toqquşmasına səbəb olan avtomobillərin törətdiyi qəzanın görüntüləri yayılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza zamanı bir müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib.

09:30

Bakının Rəşid Behbudov küçəsində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olub.

Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli məlumat verib.

O bildirib ki, bu gecə saat 00:54-də Bakının Nəsimi rayonunun Rəşid Behbudov küçəsində doqquz avtomobilin toqquşması ilə zəncirvari qəza olub:
“Hadisə nəticəsində bir nəfər xəsarət alıb, ilkin səbəb olaraq nəqliyyat vasitələrinin sürət yarışına çıxması göstərilir. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.”

Son xəbərlər

Orphus sistemi