DYP avtomobili qəzaya düşüb, yol polisi xəsarət alıb - YENİLƏNİB

DYP avtomobili qəzaya düşüb, yol polisi xəsarət alıb - YENİLƏNİB Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə
9 İyul , 2021 11:29
DYP avtomobili qəzaya düşüb, yol polisi xəsarət alıb - YENİLƏNİB
0 : 00
0 : 00

Cəlilabadda yol qəzasında xəsarət alan polis əməkdaşının kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində polis serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə ağır kəllə-beyin travması alıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə şahidlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, “Hyundai” markalı minik avtomobili idarəetməni itirib və Yol Patrul Xidmətinin avtomobili ilə toqquşub. Daha sonra "Man" markalı yük avtomobili hər iki avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

11.15

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, TIR markalı yük avtomobili Yol Patrul Xidməti avtomobilinə çırpılıb.

Hadisə nəticəsində polis əməkdaşı ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi