Avtomobillə piyadanı vurub öldürən dünya çempionu ilə bağlı prokurorluğun protesti təmin olunmayıb

Avtomobillə piyadanı vurub öldürən dünya çempionu ilə bağlı prokurorluğun protesti təmin olunmayıb Bakı. 11 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
11 Yanvar , 2019 15:29
Avtomobillə piyadanı vurub öldürən dünya çempionu ilə bağlı prokurorluğun protesti təmin olunmayıb
0 : 00
0 : 00

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ötən il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb.O, hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi