DSMF "Radioquraşdırma" zavodunu məhkəməyə verib

DSMF "Radioquraşdırma" zavodunu məhkəməyə verib İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
28 Sentyabr , 2015 17:46
DSMF Radioquraşdırma zavodunu məhkəməyə verib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri sığortaedənlərlə iş üzrə Departamenti "Radioquraşdırma" zavodunu məhkəməyə verib.

“Report”un xəbərinə görə, DSMF-nin departamenti məcburi dövlət sosial sığorta haqları üzrə borcun tutulmasına dair tələb irəli sürüb. İddia olunan borcun məbləği açıqlanmır.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş üzrə Departamenti 2003-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması işini yaxşılaşdırmaq və Fondun idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yaradılıb.

"Radioquraşdırma" zavodu 1991-ci ilədək "Rаdiоqurаşdırmа" İB SSRİ Rаdiоsənаyеsi Nаzirliyinin, daha sonra Nаzirlər Kаbinеtinin tаbеliyində оlub. 1993-cü ilin аvqust ayında isə Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyinə verilib.

2006-cı ildən isə zаvоd Müdаfiə Sənаyеsi Nаzirliyinin tаbеliyində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi