Dövlət Yol Polisi "Son zəng"lə bağlı valideynlərə xəbərdarlıq edib

Dövlət Yol Polisi "Son zəng"lə bağlı valideynlərə xəbərdarlıq edib Bakı. 13 iyun. REPORT.AZ/ Yol Patrul Xidməti iyunun 14-də gücləndirlimiş iş rejimində xidmət aparacaq. Təhlükəsizliyin təmin olunması məqsədi ilə Son zəng tədbirlərinin keçirildiyi ərazilərdəki yollar nəzəratə götürüləcək.
Hadisə
13 İyun , 2018 14:41
Dövlət Yol Polisi Son zənglə bağlı valideynlərə xəbərdarlıq edib
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov / Report
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ "Yol Patrul Xidməti iyunun 14-də gücləndirlimiş iş rejimində xidmət aparacaq. Təhlükəsizliyin təmin olunması məqsədi ilə "Son zəng" tədbirlərinin keçirildiyi ərazilərdəki yollar nəzəratə götürüləcək".

Bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.  

O bildirib ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər barədə ciddi inzibati tədbirlər görüləcək: "Bir daha valideynlərə müraciət edərək bildiririk ki, sürücülük vəsiqəsi olmayan şəxslərə idarə etmək üçün avtomobillərin verilməsi "Yol hərəkəti haqqında" qanunun və İnzibati Xətalar Məcəlləsinin müvafiq madəsinin pozulmasıdır və inzibati xətadır. Eyni zamanda sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə edilməsi yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb ola bilər. Ona görə də valideynlər bunu nəzərə almalıdılar. Onlar sürücülük vəsiqəsi olmayan övladlarına idarə etmək üçün avtomobil verməsinlər. Bu təhlükəsizlik baxımından ciddi əhəmiyyət daşıyır".

V.Əsədov əlavə edib ki, ötən il 11-ci snif şagirdinin sürcülük vəsiqəsi olmadan avtomobili idarə etməsi 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nqəliyyat hadisəsinə səbəb olmuşdu: "2015-ci ildə isə "Son zəng" tədbirləri zamanı məktəblinin sürcülük vəsiqəsi olmadan idarəetdiyi avtomobillə ölümlə nəticələnən yol qəzası törətmişdi". 

İdarə rəsmisi vurğulayıb ki, "Son zəng" tədbirlərinin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə süni sıxlıq və tıxacların yaranmamsı üçün YPX əməkdaşları həmin ərazilərdə xidmət aparacaqlar: "Yollara bitikiş təhsil müəssisələri ətrafında yolun hərəkət hissəsinin 2-ci cərgəsində park etdirilən nəqliyyat vasitələrinin sürcüləri barədə də inzibati tədbirlər görüləcək. Dayanma-durma və parklanma tələblərinin düzgün yerinə yetirilməsi qanunun tələbidir, yol hərəkətində mədəniyyətin formalaşmasıdır. Bu, həm də digər yol hərəkəti iştikaçısının yoluna davam etməsinə mane olmamaqdır". 

Son xəbərlər

Orphus sistemi