Dövlət ittihamçısı Emin Millinin qaynına 7 il iş istəyib

Dövlət ittihamçısı Emin Millinin qaynına 7 il iş istəyib Məhkəmənin növbəti iclası aprelin 22-də davam etdiriləcək
Hadisə
14 Aprel , 2016 13:06
Dövlət ittihamçısı Emin Millinin qaynına 7 il iş istəyib

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında N.Ağabəyovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 22-də davam etdiriləcək.

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi