Dövlət Gömrük Komitəsi şirkət barədə cərimə protokolu tərtib edib

Dövlət Gömrük Komitəsi şirkət barədə cərimə protokolu tərtib edib Dövlət Gömrük Komitəsi “SAF Ekspress Aqro” MMC barədə inzibati protokol tərtib edib
Hadisə
22 Fevral , 2021 11:57
Dövlət Gömrük Komitəsi şirkət barədə cərimə protokolu tərtib edib

Dövlət Gömrük Komitəsi (DGK) “SAF Ekspress Aqro” MMC barədə inzibati protokol tərtib edib.

“Report”un əldə etdiyi məlumata görə, şirkət gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılmasında təqsirləndirlir.

İnzibati Xətalar Məcəlləsinin 491.3-cü (Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə) maddəsi ilə tərtib edilən protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “SAF Ekspress Aqro” MMC buğda tədarükü ilə məşğul olan şirkətdir.

Son xəbərlər

Orphus sistemi