Əməliyyata BŞBPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov rəhbərlik edib
Bakı. 19 iyun. REPORT.AZ/ Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisinin qanunsuz torpaq alqı-satqısı həyata keçirməkdə şübhəli bilinən iş adamı saxlanılıb. "Report"un məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu tutularaq istintaqa cəlb edilib. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.
T.Hüseynovun hüquqi nümayəndələri onun barəsində Xətai Rayon Məhkəməsində çıxarılan həbs qətimkan qərarının dəyişdirilməsi üçün Bakı
T.Hüseynovun saxlanılması əməliyyatı məxfi şəraitdə aparılıb. Əməliyyata isə BŞBPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov rəhbərlik edib.
Qeyd edək ki, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident