DİN şəhidin adına protokolun göndərilməsinə münasibət bildirib

DİN şəhidin adına protokolun göndərilməsinə münasibət bildirib Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır.
Hadisə
29 Yanvar , 2022 09:54
DİN şəhidin adına protokolun göndərilməsinə münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokolun göndərilməsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır.

Qeyd edilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə nəqliyyat vasitəsinin sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik olaraq onun adına tərtib edillib: "Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".

Son xəbərlər

Orphus sistemi