DİN əməkdaşı: “Polis heç kimi cərimələmək istəmir”

DİN əməkdaşı: “Polis heç kimi cərimələmək istəmir” “Bu gün Nəsimi rayonu ərazisində keçirdiyimiz porfilaktik-tədbirlər onu göstərdi ki, bəzi vətəndaşlar qaydalara etinasız yanaşırlar. Obyektlərdə ara məsafəsi təmin olunmur, dezinfeksiya məhlullarından istifadə edilmir”.
Hadisə
18 Avqust , 2021 18:06
DİN əməkdaşı: “Polis heç kimi cərimələmək istəmir”
Nurlan Əliyev

“Bu gün paytaxtın Nəsimi rayonu ərazisində keçirdiyimiz profilaktik tədbirlər onu göstərdi ki, bəzi vətəndaşlar qaydalara etinasız yanaşır. Obyektlərdə ara məsafəsi təmin olunmur, dezinfeksiya məhlullarından istifadə edilmir”.

Bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə DİN və polis əməkdaşlarının iştirakı ilə mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər davam etdirilir:

“Karantin rejimi qaydalarına uyğun olaraq artıq yumşalmalar həyata keçirilib. Açıq havada tibbi maskadan istifadə etmək məcburi deyil. Ancaq unutmamalıyıq ki, qapalı məkanlarda ictimai nəqliyyatda tibbi maskadan mütləq istifadə etməliyik. Əks halda, bu, həm insan sağlamlığı üçün təhlükəlidir, həm də həmin şəxslər maskadan düzgün istifadə etmədiklərinə görə qanunvericiliyin tələbinə uyğun olaraq cərimə edilirlər. Bugünkü reyd zamanı vətəndaşların temperaturunun ölçülmədən obyektlərə daxil olma halları aşkarlandı. Həmin vətəndaşlarla maarifləndirici söhbətlər apardıq və etinasız yanaşan şəxslər barəsində qanunamüvafiq tədbirlər gördük”.

DİN-in əməkdaşı qeyd edib ki, vətəndaşlar yalnız polis və kamera gördükdə tibbi maskalardan istifadə edirlər:

“İnsanlarda belə bir təəssürat yaranıb ki, polisin məqsədi cərimələməkdir. Ancaq polis heç kimi cərimələmək istəmir. Sadəcə, qaydalara əməl etməyən vətəndaşlar həm özlərini, həm də ətrafdakıları təhlükə altında qoyduqları üçün məsuliyyətə cəlb olunurlar”.

Son xəbərlər

Orphus sistemi