DİN azarkeşlərin meydana daxil olmasına münasibət bildirib  

DİN azarkeşlərin meydana daxil olmasına münasibət bildirib   Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan-Portuqaliya oyundadan sonra azarkeşlərin meydana daxil olaraq futbolçularla foto çəkdirməsinə münasibət bildirib.
Hadisə
8 Sentyabr , 2021 17:32
DİN azarkeşlərin meydana daxil olmasına münasibət bildirib  

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda azarkeşlərin meydana daxil olaraq futbolçularla foto çəkdirməsinə münasibət bildirib.

DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşdə meydana daxil olan həmin 4 nəfər azarkeş oradan kənarlaşdırılıb.

“Həmin şəxslər azyaşlı olduğuna görə, onlarla profilaktik söhbətlər aparılaraq, sərbəst buraxılıb. Gələcəkdə bu cür hallar baş verdiyi təqdirdə həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görüləcək”, - E.Hacıyev bildirib.

Qeyd edək ki, sentyabrın 7-də oynanılan Azərbaycan - Portuqaliya matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi