DİN: "Ağsu sakininin 2001-ci ildə itkin düşməsi ilə bağlı polisə heç bir məlumat daxil olmayıb"

DİN: "Ağsu sakininin 2001-ci ildə itkin düşməsi ilə bağlı polisə heç bir məlumat daxil olmayıb" "Oğluma şər atdılar ki, guya qıza sataşıb, indi oğlum neçə vaxtdır yoxa çıxıb"-Ağsudan şikayət” başlığı ilə yayımlanan görüntüdə əks olunan iddialar əsassızdır, həqiqəti əks etdirmir.
Hadisə
3 Sentyabr , 2021 17:08
DİN: Ağsu sakininin 2001-ci ildə itkin düşməsi ilə bağlı polisə heç bir məlumat daxil olmayıb

"Oğluma şər atdılar ki, guya qıza sataşıb, indi oğlum neçə vaxtdır yoxa çıxıb"-Ağsudan şikayət” başlığı ilə yayımlanan görüntüdə əks olunan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Ruhiyyə Zeynalovanın oğlu Feyruz Zeynalovun 2001-ci ildə itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına heç bir məlumat daxil olmayıb.

Buna baxmayaraq, həmin iddiaların təfərrüatları Ağsu Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırılır.

Bu, iddiaların ortaya çıxmasının kökündə mübahisə tərəflərindən birinin - Səlaməddin Əhmədovun R.Zeynalovun oğlu Mikayıl Zeynalova qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsidir.

R.Zeynalovanın qardaşı Malik Qəmbərovla qonşusu S.Əhmədovla 2020-ci ilin avqustunda su üstündə yaranan mübahisəyə qədər onlar arasında hər hansı ziddiyyət olmadığı araşdırmalarla, şahid izahatları ilə təsdiq olunub.

Hazırda Ağsu RPŞ-də səsləndirilən iddialarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi