DİN xeyli sayda güclü təsiredici həbi qanunsuz dövriyyədən çıxarıb

DİN xeyli sayda güclü təsiredici həbi qanunsuz dövriyyədən çıxarıb Bakı. 15 dekabr. REPORT.AZ/ Polis əməkdaşları xeyli sayda güclü təsiredici həbləri götürürərək qanunsuz dövriyyədən çıxarıb.
Hadisə
15 Dekabr , 2018 12:04
DİN xeyli sayda güclü təsiredici həbi qanunsuz dövriyyədən çıxarıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Polis əməkdaşları xeyli sayda güclü təsiredici həbləri götürürərək qanunsuz dövriyyədən çıxarıb.

DİN Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yasamal Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Eyyub Novruzov güclü təsiredici xüsusiyyətə malik 100 ədəd metodon həbini satarkən cinayət başında yaxalanıb.

Davam etdirilən tədbirlərlə həmin həbləri ona satmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Anar Niftiyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Ondan isə 80 ədəd metodon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi