DİN: Salyanda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb
Hadisə
- 25 yanvar, 2018
- 06:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 yanvar. REPORT.AZ/ Salyan şəhər sakini olan 2 nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb.
Araşdırmalarla ağır vəziyyətdə xəstəxanaya yerləşdirilənlərin şəhər sakinləri Nurməmməd Cəfərov və Toğrul Abdulayev olmaları, münaqişə zəminində həmyerliləri Məhərrəm Babayev tərəfindən bıçaqlanmaları müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə M.Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Son xəbərlər
14:40
Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq
Daxili siyasət
14:25
Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib
Region
14:21
Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır
Region
14:19
İndoneziyada 7,2 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
14:17
Foto
Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub
Fərdi
14:06
Yohan Vadeful: "Azərbaycan Almaniya və Avropanın etibarlı və mühüm enerji təchizatçısıdır"
Energetika
14:01
Honkonqdan uçan təyyarə Filippində təcili eniş edib
Digər ölkələr
14:00
Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib
Hadisə
14:00
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək
Fərdi