DİN Sabunçudakı faciəvi ölümlə bağlı rəsmi məlumat yayıb - VİDEO

Hadisə
  • 25 yanvar, 2016
  • 09:02
DİN Sabunçudakı faciəvi ölümlə bağlı rəsmi məlumat yayıb - VİDEO

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, yanvarın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki "Qağayı" düşərgəsindəki qazanxananın tüstü borusu orada işləyən Bakı şəhər sakini Səfəralı Səfərovun üstünə düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd: videoya əsəbi zəif olanların baxmağı məsləhət deyil

DİN Sabunçudakı faciəvi ölümlə bağlı rəsmi məlumat yayıb - VİDEO

44 - Tezliklə