DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Hadisə
  • 12 yanvar, 2018
  • 05:48
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün 122 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, axtarışda olduğuna görə 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

Bundan başqa, ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

44 filmi