DİN-in baş idarə rəisi: “Dilənçiliklə məşğul olan və baxımsız uşaqların sayı 576 nəfərdir”

DİN-in baş idarə rəisi: “Dilənçiliklə məşğul olan və baxımsız uşaqların sayı 576 nəfərdir” “2015-ci ildə 64 insan alveri qurbanının 46 faizi məişət zorakılığından əziyyət çəkən şəxslərdən ibarət olub”
Hadisə
103
23 May , 2016 16:47
DİN-in baş idarə rəisi: “Dilənçiliklə məşğul olan və baxımsız uşaqların sayı 576 nəfərdir”

Bakı. 23 may. REPORT.AZ/ “2015-ci ildə 64 insan alveri qurbanının 46 faizi məişət zorakılığından əziyyət çəkən şəxslərdən ibarət olub”.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev deyib.

O bildirib ki, insan alverinin potensial qurbanı sayılan dilənçiliklə məşğul olan və baxımsız uşaqların sayı 576 nəfərdir: “Həmin uşaqların yaşayış, təhsil yerləri və hansı ailəyə məxsus olmaları tam müəyyənləşdirilərək, toplanmış materiallar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim olunub”.

Son xəbərlər

Orphus sistemi