Yuxarı
    Bağlamaq

    DİN, DTX və Baş Prokurorluq Zaqatalada keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb

    Bakı. 3 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq Zaqatalada keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb.

    "Report"a daxil olan birgə məlumatda bildirilib ki, respublikanın hüquq mühafizə orqanları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilir.

    Belə ki, daxili işlər, prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bölgədə dini dözümsüzlük və bölücülük meyilləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov saxlanılıblar.

    Üzərlərinə və yaşadıqları ünvanlara baxış zamanı onlardan 2 ədəd avtomat silahı, 2 tapança, 13 əl qumbarası, 310 ədəd müxtəlif çaplı patron, 5 trotil şaşkası, həmçinin təbliği və yayılması qanunla qadağan edilmiş xeyli sayda dini ədəbiyyat aşkar edilərək götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

    Mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi