DİN deputat köməkçisinin öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN deputat köməkçisinin öldüyü qəza ilə bağlı məlumat yayıb Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
12 Avqust , 2015 12:55
DİN deputat köməkçisinin öldüyü qəza ilə bağlı məlumat yayıb

Bakı. 12 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) deputat Fəzail Ağamalının köməkçisinin öldüyü yol qəzası ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, DİN-in saytında yer alan məlumatda bildirilib ki, avqustun 11-də saat 11 radələrində Salyan rayonunun Xıdırlı kəndində Neftçala rayon sakinləri Əli Rəsulovun idarə etdiyi “QAZ-3302” (yük) və Ulduz Sadıqovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə U.Sadıqovun sərnişinlərindən Həsənbala Həsənov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən Həsənbala Həsənov deputat Fəzail Ağamalının köməkçisi olub.

Son xəbərlər

Orphus sistemi