DİN Bakıda polis əməkdaşının yaralanması ilə bağlı rəsmi məlumat yayıb

Hadisə
  • 26 oktyabr, 2015
  • 09:06
DİN Bakıda polis əməkdaşının yaralanması ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi 36-cı Polis Bölməsinin yaralanan əməkdaşı İltifat Bayramovla bağlı rəsmi məlumat yayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, polisi yaralayan Yevgeni Antonovski tutulub.

Məlumata görə, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan açdığı atəşlə İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk ediblər.

Görülən tədbirlərlə onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeni Antonovski tutulub və ondan kustar üsulla hazırlanmış tapança götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.