Yuxarı

DİN Bakıda meyit tapılması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Qətl törədən şəxs müəyyənləşdirilib

Bakı. 16 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Bakıda meyit tapılması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, avqustun 14-də Nəsimi rayonu ərazisində - Moskva prospektindən üzərində zorakılıq əlamətləri (kəsici-deşici alətlə yetirilmə xarakterli) olan 20-25 yaşlı kişi meyiti tapılıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əmədaşları tərəfindən qətlə yetirilənin Bakı şəhər sakini Vidadi Məmmədov olması müəyyən edilib.

Araşdırmalar zamanı həmin gün V.Məmmədovla paytaxt sakini Ümid Məmmədov arasında münaqişə baş verməsi və onların bir-birinə bıçaqla xəsarət yetirmələri müəyyən edilib. Ü.Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi