Bakıda bir nəfəri güllələyərək öldürən, digərini yaralayan şəxs polisə təslim olub - RƏSMİ

Bakıda bir nəfəri güllələyərək öldürən, digərini yaralayan şəxs polisə təslim olub - RƏSMİ Bakıda bir nəfəri güllələyərək öldürən, digərini yaralayan şəxs polisə təslim olub
Hadisə
29 Dekabr , 2018 15:08
Bakıda bir nəfəri güllələyərək öldürən, digərini yaralayan şəxs polisə təslim olub - RƏSMİ

Bakı. 29 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölmüş, A.Bağırovun isə vəziyyəti orta-ağırdır.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə Rayon Polis İdarəsinə gedib və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.

Z.İsmayılov tutulub, silahı evdən götürülüb.

Son xəbərlər

Orphus sistemi