Yuxarı

Dəri-Zöhrəvi Dispanserində yanğın olub

Hadisə dispanserin 2-ci mərtəbəsində baş verib

Bakı. 23 avqust. REPORT.AZ/ Bakının Nəsimi rayonunda Səhiyyə Nazirliyinə məxsus üçmərtəbəli Dəri-Zöhrəvi dispanserinin 2-ci mərtəbəsində yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə həkim otağında 1 ədəd elektrik tənzimləyicisi yanıb.

Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib və döşəmə 0.5 m² sahədə qarsalanıb. Dispanser binası yanğından mühafizə olunub. Yanğın saat 20:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi