Deputatlığa namizədin vəkili: Ölümlə təhdid edildim, daha sonra isə hücuma məruz qaldım

Deputatlığa namizədin vəkili: Ölümlə təhdid edildim, daha sonra isə hücuma məruz qaldım Neftçalada deputatlığa namizədlərdən birinin vəkilinin zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır.
Hadisə
1 Sentyabr , 2024 20:05
Deputatlığa namizədin vəkili: Ölümlə təhdid edildim, daha sonra isə hücuma məruz qaldım

Neftçalada deputatlığa namizədlərdən birinin vəkilinin zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır.

Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumat verib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar Neftçala Rayon Polis Şöbəsində araşdırmaya başlanılıb:

“Deputatlığa namizəd Vəfa Nağıyevanın qardaşı tərəfindən digər namizədin vəkilinin zorakılığa məruz qalması ilə bağlı Neftçala Rayon Polis Şöbəsinə daxil olan müraciətlə bağlı araşdırmalara başlanılıb və müvafiq ekspertizalar təyin olunub”.

Fiziki zorakılığa məruz qaldığını deyən 70 saylı Neftçala seçki dairəsində qeydə alınmış namizədlərdən birinin vəkili olan Hüseyn Qurbanov isə insidenti belə təsvir edib:

“Bu gün səhər 09-30 radələrində baş verən insidentdən sonra biri Azərbaycan, digəri isə Rusiya nömrəsi olmaqla, özlərini Vəfa Nağıyevanın qardaşları kimi təqdim edən şəxslər tərəfindən ölümlə təhdid edildim. Onlardan biri çox nalayiq ifadələr işlətdi.

Daha sonra mən 43 saylı Kol Qaraqaşlı seçki məntəqəsindən çıxdıqdan sonra avtomobillə qarşıma çıxdı və özünü maşının önünə atdı. Avtomobili saxlamasaydım, onu vurmuş olacaqdım.

Mən maşını saxladıqda, o, avtomobilin qapısını açaraq alın nahiyəmə yumruq atdı, daha sonra isə ayağımdan tutub aşağıya doğru çəkməyə çalışdı. Bu zaman şükürlər olsun ki, mən tam olaraq ayaqlarımın üstünə düşdüm və biz orada süpürləşməyə başladıq. Nəticədə qol nahiyəmdən və barmağımdan yaralandım. Yəni insident bu formada baş verib”.

Son xəbərlər

Orphus sistemi