Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub FHN-in xilasediciləri vətəndaşları sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər
Hadisə
30 İyul , 2016 18:52
Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub

Bakı. 30 iyul. REPORT.AZ/ Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Bu qəbildən olan daha bir hadisə Xəzər rayonunda baş verib. Belə ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. 

Son xəbərlər

Orphus sistemi