Yuxarı

​Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

O, 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xanım İbrahimovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim İradə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.İbrahimova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, X.İbrahimova vətəndaşların pulunu dələduzluq yolu ilə əldə edərək, qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi