Yuxarı

Dələduzluqda, mənimsəmədə və quldurluqda təqsirləndirilən şəxslərin həbs müddəti artırılıb

Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə və quldurluqda təqsirləndirilən Ricat Hidayətov və Əli Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirlərinin müddətinin başa çatdığı elan olunub.

Hakimlər kollegiyası həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs 3 vətəndaşa qarşı dələduzluq, mənimsəmə və quldurluq etməkdə təqsirli biliniblər. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və 181-ci (quldurluq) maddələri ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi