Daşkəsəndə baş verən yanğın söndürülüb

Daşkəsəndə baş verən yanğın söndürülüb Daşkəsən rayonunun Quşçu kəndi ərazisində yanğın hadisəsi qeydə alınıb.
Hadisə
30 Avqust , 2020 01:09
Daşkəsəndə baş verən yanğın söndürülüb

Daşkəsən rayonunun Quşçu kəndi ərazisində yanğın hadisəsi qeydə alınıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, yanğın nəticəsində Quşçu kənd sakini, 1982-ci il təvəllüdlü Habil Cəfərova məxsus, ümumi sahəsi 72 kv.m olan mal tövləsi və içərisinə yığılmış 4 ton ot yanıb.

Yanğın, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.                      

Yanğının hansı səbəbdən baş verdiyi isə hələ ki, məlum deyil.

22:11

Daşkəsən rayonunun Quşçu kəndi ərazisində yanğın hadisəsi qeydə alınıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, kənd ərazisində vətəndaşa məxsus tövlə və preslənmiş ot yanır. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi