Daşkəsəndə taksi sürücüsü avtomobildə ölü tapılıb

Daşkəsəndə taksi sürücüsü avtomobildə ölü tapılıb O, sükan arxasında infarkt keçirib
Hadisə
30 İyun , 2017 21:11
Daşkəsəndə taksi sürücüsü avtomobildə ölü tapılıb
Courtesy İmage

Daşkəsən. 30 iyun. REPORT.AZ/ Axşam saatlarında Daşkəsən şəhərində sürücü sükan arxasında infakt keçirərək ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərdə taksi fəaliyyəti ilə məşğul olan 57 yaşlı rayon sakini Səməndər Göyüyev özünə məxsus "VAZ-2106" markalı avtomobildə ölü tapılıb.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri onun infakt keçirərək öldüyünü müəyyən ediblər. Müəyyən edilib ki, sürücü infarkt keçirdikdən sonra idarəetməni itirib və maşını maneəyə çırpıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi