Daşkəsəndə musiqi məktəbinin müəllimi marixuana satarkən saxlanılıb

Daşkəsəndə musiqi məktəbinin müəllimi marixuana satarkən saxlanılıb Onun üzərində 5 büküm narkotik vasitə aşkar edilib
Hadisə
23 İyun , 2017 00:37
Daşkəsəndə musiqi məktəbinin müəllimi marixuana satarkən saxlanılıb
Courtesy İmage

Daşkəsən. 23 iyun. REPORT.AZ/ Daşkəsəndə narkotik maddə satmaq istəyən yerli sakin saxlanılıb.

Rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, 1967-ci il təvəllüdlü yerli sakin Fikərt Cəlil oğlu Bəhramovun üzərində 5 büküm narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Aparılan istintaq zamanı məlum olub ki, F.Bəhramov üzərindəki marixuananı həmyerlisi, 1971-ci il təvəllüdlü Daşqın Əliyevə satmaq istəyib. Hər iki şəxs rayon polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

F.Bəhramov Daşkəsən rayon Qara Qarayev adına Uşaq Musiqi Məktəbinin qarmon müəllimidir. Onun marixuananı hardan və necə əldə etdiyi, hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi