Daşkəsəndə keçmiş maliyyə işçisi dərəyə yıxılaraq ağır xəsarət alıb

Daşkəsəndə keçmiş maliyyə işçisi dərəyə yıxılaraq ağır xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Noyabr , 2017 12:54
Daşkəsəndə keçmiş maliyyə işçisi dərəyə yıxılaraq ağır xəsarət alıb

Daşkəsən. 16 noyabr. REPORT.AZ/ Daşkəsən rayonunda keçmiş maliyyə işçisi dərəyə yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini Nürəddin Məmmədov ağır kəllə-beyin travması alıb. Huşunu itirən şəxs yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılıb. Onun hazırda komada olduğu bildirilir.

Məlumata görə, N.Məmmədov əvvəllər Daşkəsən rayon Maliyyə İdarəsinin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi