Daşkəsəndə 26 yaşlı gənc bıçaqlanıb

Daşkəsəndə 26 yaşlı gənc bıçaqlanıb Əkbər İsmayılovun kim tərəfindən bıçaqlandığı məlum deyil
Hadisə
26 İyun , 2017 02:48
Daşkəsəndə 26 yaşlı gənc bıçaqlanıb

Daşkəsən. 26 iyun. REPORT.AZ/ Daşkəsəndə yerli sakin bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1991-ci il təvəllüdlü İsmayılov Əkbər Kazım oğlu döş qəfəsindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Yaralı qardaşı tərəfindən xəstəxanaya aparılıb. 

Ə.İsmayılovun qardaşı onun bədəninə qayçı batması nəticəsində xəsarət aldığını desə də, həkimlər xəsarətin bıçaq yarası olduğunu müəyyənləşdiriblər.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi