“Damdayatan Nizam”ın narkotik alverçisi olan qızının apellyasiya şikayəti təmin edilməyib

“Damdayatan Nizam”ın narkotik alverçisi olan qızının apellyasiya şikayəti təmin edilməyib Bakı Apellyasiya Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Şəms Səmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
24 Aprel , 2019 20:30
“Damdayatan Nizam”ın narkotik alverçisi olan qızının apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı Apellyasiya Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Şəms Səmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ş.Səmədovanın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, polis əməkdaşları mayın 18-də Bakıda narkotik və güclü təsiredici psixotrop tərkibli həblər satan şəxsləri saxlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib.

Xatırladaq ki, Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva və bacısı Lamiyə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.

Son xəbərlər

Orphus sistemi