Şamaxıda itə görə həmkarını qətlə yetirən çobanın apellyasiya şikayəti təmin edilməyib

Şamaxıda itə görə həmkarını qətlə yetirən çobanın apellyasiya şikayəti təmin edilməyib Bakı. 23 fevral. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Natiq Binyətovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
23 Fevral , 2019 17:40
Şamaxıda itə görə həmkarını qətlə yetirən çobanın apellyasiya şikayəti təmin edilməyib

Bakı. 23 fevral. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Natiq Binyətovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, N.Binyətovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, hadisə Şamaxı rayonunun Acıdərə yaşayış massivində baş verib. Çobanlıqla məşğul olan rayonun Quşçu kənd sakini, 1980-ci il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi