Çində sərnişin avtobusunun yanması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb - YENİLƏNİB - VİDEO

Çində sərnişin avtobusunun yanması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb - YENİLƏNİB - VİDEO Bu barədə yerli televiziya məlumat yayıb
Hadisə
26 İyun , 2016 10:53
Çində sərnişin avtobusunun yanması nəticəsində  ölənlərin sayı 30 nəfərə çatıb - YENİLƏNİB - VİDEO

Bakı. 26 iyun. REPORT.AZ/ Çinin Xunan əyalətində maneəyə çırpılmış sərnişin avtobusunun yanması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli televiziya məlumat yayıb.  

Qeyd edək ki, hadisə İçjan yaşayış məntəqəsində baş verib. Avtobusun içərisində 56 nəfərin olduğu bildirilir.

***09:57

Çinin Xunan əyalətində sərnişin avtobusunun yanması nəticəsində azı 7 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə İçjan yaşayış məntəqəsində baş verib. İçərisində 56 nəfərin olduğu, maneəyə çırpılmış avtobusun yanması nəticəsində azı 20 nəfərin xəsarət aldığı bildirilir. 

Hazırda hadisə yerində xilasedicilər və həkimlər işləyir.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi