Çində baş verən fırtına zamanı havadan dəniz canlıları yağıb

Çində baş verən fırtına zamanı havadan dəniz canlıları yağıb Bakı. 16 iyun. REPORT.AZ/ Çinin Sindao şəhərində baş verən fırtına zamanı havadan dəniz canlıları yağıb.
Hadisə
16 İyun , 2018 11:38
Çində baş verən fırtına zamanı havadan dəniz canlıları yağıb

Bakı. 16 iyun. REPORT.AZ/ Çinin Sindao şəhərində baş verən fırtına zamanı havadan dəniz canlıları yağıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fotolarda fırtınanın ilbiz, dəniz ulduzları və s. dəniz heyvanlarını quruya atdığı görünür. Ölkənin şərqində baş verən fırtına şəhərdə nəqliyyat sistemi və yaşayışı iflic vəziyyətə salıb.

Küləyin şiddətini ölçən Bofort şkalasına görə, bu, dünyanın ən şiddətli fırtınasıdır. Sindao Metorologiya İdarəsi əhaləni vacib olmadığı halda küçələrə çıxmamaları barədə xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi