Yuxarı

Bakıda Çin vətəndaşının çantasını oğurlayan şəxs tutulub

Xiafanq Xuenə məxsus içərisində 650 ABŞ dolları və 1500 manat olub

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda Çin vətəndaşının çantasını oğurlayan şəxs tutulub. Bu barədə “Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Belə ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Çin vətəndaşı Xiafanq Xuenə məxsus içərisində 650 ABŞ dolları və 1500 manat olan çantanı oğurlayan Tərtər rayon sakini Fariz Səfərov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi