Cəzalandırılan baş həkim dünyasını dəyişib

Cəzalandırılan baş həkim dünyasını dəyişib Mərhum keçən ilin may ayında vəzifəsindən azad edilmişdi
Hadisə
21 Aprel , 2015 15:39
Cəzalandırılan baş həkim dünyasını dəyişib

Bakı. 21 aprel. REPORT.AZ/ 3 saylı Şəhər Klinik Xəstəxanasının keçmiş baş həkimi Xəlil Məmmədov dünyasını dəyişib. "Report" xəbər verir ki, o, Bakıda dəfn edilib.

Xatırladaq ki, X.Məmmədov keçən ilin may ayında vəzifəsindən azad edilmişdi. 

Qeyd edək ki, Hesablama Palatasının məlumatına əsasən, Səhiyyə Nazirliyi tərəfindən auditin nəticələri üzrə həyata keçirilmiş intizam-tənbeh tədbirləri nəticəsində nöqsanlara yol vermiş 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi tutduğu vəzifədən azad olunub.

Onun yerinə isə Fuad Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov təyin edilib.

İngilis versiyası Punished head doctor dies

Son xəbərlər

Orphus sistemi