“Cənnət Park"da güclü yanğın - nazirliyin 4 işçisi xəstəxanalıq oldu - YENİLƏNİB

“Cənnət Park"da güclü yanğın - nazirliyin 4 işçisi xəstəxanalıq oldu - YENİLƏNİB Abşeron rayonunun “Cənnət Park yaşayış kompleksində baş vermiş yanğın söndürülüb.
Hadisə
6 Fevral , 2020 16:13
“Cənnət Parkda güclü yanğın - nazirliyin 4 işçisi xəstəxanalıq oldu - YENİLƏNİB

Abşeron rayonunun “Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları yanıb.

O deyib ki, nazirliyin yanğınsöndürənləri yanğına müdaxilə ediblər, mənzilin qalan hissəsi yanğından mühafizə olunub: “Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı 1 nəfər qadın tüstüdən zəhərlənib. O, təcili tibbi yardım briqadasına təhvil verilib, 15 nəfər bina sakini isə təxliyə edilib. Bu zaman süstündən FHN 4 əməkdaşının halı pisləşib. Həmin şəxslər də həkim nəzarətindən keçib, heç bir ciddi xəsarət almayıblar”.


***15:34

Abşeron rayonun “Cənnət Park" yaşayış kompleksində yanğın baş verib.

TƏBİB-dən "Report"a bildirilib ki, yanğın nəticəsində 1 nəfər sakin qadın sifətin və yuxarı ətrafların 1-2-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan FHN-in 4 işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub.

Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir.

Son xəbərlər

Orphus sistemi